Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib FOTO


Digərləri 24 Noy 2017 19:02:00 323 0

Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib  FOTO

Noyabrın 24-də Konstitusiya Məhkəməsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsinə səfər edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 

qonaqlar əvvəlcə Füzuli və Cəbrayıl rayonlarının rəhbərliyi ilə birgə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Sonra "Aprel şəhidlərinə xatirə" abidəsi ziyarət edilib.

Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib. Qonaqlar sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə həmsöhbət olublar.

Məhkəmənin hakimi Ceyhun Qaracayev işğaldan azad olunmuş torpaqlara gəldikləri üçün böyük qürur hissi keçirdiyini qeyd edərək, burada yaşamağın, işləməyin böyük fədakarlıq, vətənpərvərlik nümunəsi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib. C.Qaracayev işğal altındakı bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına əminliyini ifadə edib.

Konstitusiya Məhkəməsi sədrinin məktəbin kollektivinə ünvanlanmış məktubu oxunub.

Məhkəmənin aparat rəhbərinin müavini Səbinə Əliyeva dövlətimiz tərəfindən məktəbdə hər cür şərait yaradıldığını, təhsil ocağının bütün zəruri avadanlıqlarla təmin olunduğunu, bununla belə, Konstitusiya Məhkəməsi kollektivi adından da hədiyyələr gətirildiyini bildirib.


Xəbərə aid fotolar