Aİ Azərbaycanla yeni saziş üzrə danışıqlardakı irəliləyişi alqışlayır


Digərləri 24 Noy 2017 19:03:00 221 0

Aİ Azərbaycanla yeni saziş üzrə danışıqlardakı irəliləyişi alqışlayır

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığa dair yeni çərçivə razılaşmasının imzalanması istiqamətində davam edən danışıqlardakı irəliləyişi alqışlayır.

Bakı. Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığa dair yeni çərçivə razılaşmasının imzalanması istiqamətində davam edən danışıqlardakı irəliləyişi alqışlayır. Trend-in məlumatına görə, bu barədə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş birgə bəyannamədə qeyd olunub. Bəyanatda qeyd olunur ki, Aİ Azərbaycan, Ermənistan və Belarus da daxil olmaqla hər bir tərəfdaş ölkə ilə qarşılıqlı ticarətin gücləndirilməsi üçün cəlbedici və real variantları, ümumi maraqları əks etdirən investisiya təşviqini, tucarət və intellektual mülkiyyət sahəsində, iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası sahəsində birgə danışıqları davam etdirəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin