Kənd Təsərrüfatı Nazirliyi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edib


İqtisadiyyat 24 Noy 2017 18:04:55 408 0

Kənd Təsərrüfatı Nazirliyi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edib

“Aqrolizinq” ASC-nin Sabirabad regional nümayəndəliyinin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib

Azəbaycan Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən, “Aqrolizinq” ASC-nin Sabirabad regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən 4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyətinin daxili auditi aparılıb. Audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib. 

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.