Genişləndirilmiş "Nar" LTE şəbəkəsi artıq bölgələrdə


Digərləri 24 Noy 2017 18:45:00 320 0

Genişləndirilmiş "Nar" LTE şəbəkəsi artıq bölgələrdə

Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə "Nar" yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim etdi. Belə ki, bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər. Beləliklə, Gəncə şəhərindəki "Nar" abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə etmək imkanı qazandılar.

Qeyd edək ki, abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün Azərbaycanın müxtəlif bölgələrində yeni 3G və LTE baza stansiyaları quraşdırmaqla şəbəkənin təkmilləşdirilməsi işləri davam etdirilir. "Nar" Bakı şəhəri, Abşeron yarımadası və Gəncə şəhərində xidmət göstərən 4G baza stansiyaları ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.


Xəbərə aid fotolar