Türkiyə prezidenti müxalifət liderini məhkəməyə verib


Dünya 24 Noy 2017 18:35:24 292 0

Türkiyə prezidenti müxalifət liderini məhkəməyə verib

Ərdoğan Kılıcdaroğlundan mənəvi təzminat tələb edib

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan əsas müxalifət partiyasının, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunu məhkəməyə verib.

“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Kamal Kılıcdaroğlundan mənəvi təzminat tələb edib.

Türkiyə prezidenti özünə, övladlarına və ailəsinə yönəlik təhqiramiz ifadələrə görə CHP sədrini məhkəməyə verib və ondan 1,5 milyon lirə (381 772 dollar) məbləğində təzminat istəyib.