ATƏT PA-nın prezidenti: "Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində saxlanımalıdır"


Siyasət 24 Noy 2017 18:37:00 223 0

ATƏT PA-nın prezidenti: "Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində saxlanımalıdır"

Georgi Tsereteli: "Həll edilməmiş münaqişələrin nizama salınması istiqamətində səyləri artırmaq vacibdir"

"Həll edilməmiş münaqişələrin nizama salınması istiqamətində səyləri artırmaq vacibdir".

"Report"un verdiyi xəbərə görə, bu barədə Kopenhagendə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında çıxışı zamanı ATƏT PA-nın prezidenti Georgi Tsereteli bildirib.

"Fərq etməz, hansı münaqişə və ya torpaqların işğalı barədə danışırıq, Ukraynada, Azərbaycanda və ya Gürcüstanda baş verən münaqişələr, hər gün bunların nəticəsində insanlar əziyyət çəkir", - o deyib.

"Bu məsələ diqqət mərkəzində saxlanılmalıdır", - ATƏT PA-nın prezidenti qeyd edib.