"Atam cəzamı eşidib öldü" 10 il azadlıqdan məhrum olan musiqiçi VİDEO FOTO


Digərləri 24 Noy 2017 18:00:00 411 1

"Atam cəzamı eşidib öldü"  10 il azadlıqdan məhrum olan musiqiçi  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışında musiqiçi Murad Baxşıyevin həbsxana hekayələrindən bəhs edilib.  

Murad Baxşıyev (cəzası 9 il 6 ay): "Musiqiçiyəm, sənətə kiçik yaşlardan həvəsliyəm. El şənliklərində çıxışlar edirdim. Həbsimə səbəb olan hadisədən danışmaq istəmirəm. Cinayətə meyl etmişəm, ancaq yenə vurğulayıram ki, peşmanam. Atam bu cəzanı eşidəndən sonra, dünyasını dəyişdi, anamın vəziyyəti xeyli pisləşdi. Kaş ki bu hadisə olmayaydı, amma olubsa da, gələcəkdə öz sənətimin üzərində işləməliyəm. Sabah azadlığa çıxandan sonra bu sənəti davam etdirəcəm. Burada şəraitimiz var və məşqlər edirik. Oxumağa böyük sənətkarlardan dərs alaraq başlamışam. Musiqi verilişlərində iştirak edib, televiziyalara qonaq çağırılırdım. Dərəcəli diplomlarım var. Anam yanıma gəlir. Nənəm də təqaüdündən mənə də kömək edir".


Xəbərə aid fotolar