Fransa klubu baş məşqçini klubun bazasına buraxmadı


İdman 24 Noy 2017 17:48:00 354 0

Fransa klubu baş məşqçini klubun bazasına buraxmadı

"Lille" klubu baş məşqçi Marselo Bielsadan yaxa qurtarmaq qərarına gəlib.

Goal.az xəbər verir ki, argentinalı mütəxəsis klubun bazasına buraxılmayıb. O, sənədlərini və əşyalarını götürmək üçün gəlibmiş.

Fransa klubu Bielsanı icazəsiz Çiliyə getdiyi üçün işindən kənarlaşdırıb. Təcrübəli mütəxəsis qarın xərçəngi ilə mübarizə aparan dostu Luis Maria Boninini ziyarət etmək üçün ora gedib. Bonini noyabrın 23-də dünyasını dəyişib.