"Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsi: Münaqişələr beynəlxalq hüququn prinsipləri əsasında həll edilməlidir


Siyasət 24 Noy 2017 17:12:19 346 0

"Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsi: Münaqişələr beynəlxalq hüququn prinsipləri əsasında həll edilməlidir

Bəyannamə: Avropa İttifaqı tərəfdaşlarının ərazi bütovlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir

"Şərq Tərəfdaşlığı" proqramının Belçikanın paytaxtı Brüsseldə keçirilən V Sammitinin yekununda qəbul olunan bəyannamədə həll olunmamış münaqişlərə geniş yer ayrılıb. 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, sənəddə proqramın iştirakçısı olan regionlar və dövlətlərdə hələ də beynəlxalq hüququn normalarının pozulması hallarının davam etdiyini bildirilib. 

Bəyannamədə "Şərq Tərəfdaşlığı" proqramının iştirakçıları həllini tapmamış münaqişələrin beynəlxalq hüququn prinsipləri və normalarına müvafiq olaraq sülh yolu ilə həll edilməsi naminə səylərini artırmağa çağırılırlar.

Bəyannamədə bildirilib ki, Avropa İttifaqı tərəfdaşlarının ərazi bütovlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir və bunun qorunmasına görə öhdəlik daşıyır.

Sənəddə iştirakçıların Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə gedən danışıqların gedişatını yüksək qiymətləndirdikləri bildirilib.