Azərbaycan və Aİ Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə sənəd imzalayıb


Siyasət 24 Noy 2017 17:29:07 259 0

Azərbaycan və Aİ Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə sənəd imzalayıb

İmzalanma Brüsseldə "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində baş tutub

© Report

Brüssel. 24 noyabr. REPORT.AZ / Azərbaycan və Avropa İttifaqı Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə sənəd imzalayıb.

"Report"un Brüssellə ezam olunmuş müxbirin məlumatına görə, bu gün "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycan və Aİ arasında Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə indikativ xəritənin imzalanması həyata keçirilib.

Sənədə imzaları Avropa diplomatiyasının başçısı Federika Moqerini və Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov atıb.