Misirdə məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb - FOTO - YENİLƏNİB


Dünya 24 Noy 2017 17:08:00 287 0

Misirdə məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb - FOTO - YENİLƏNİB

Ölkə ərazisində üçgünlük matəm elan olunub

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 85 nəfərə, yaralıların sayı isə 80 nəfərə çatıb. 

“Report” xəbər verir ki, məlumatı "Al-Arabiya" yayıb.

Misir dövlət televiziyası bildirib ki, terror nəticəsində ölənlərin xatirəsini yad etmək üçün ölkə ərazisində üçgünlük matəm elan olunub.

*** 15:41

Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində azı 50 nəfər ölüb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, hücum əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı törədilib.

Terrorçular məscidin içində özlərini partladıblar. 

Məlumata görə, azı 70 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.