Nadir Qafarzadədən etiraz: "Övladlarıma toxunmayın"


Şou-biznes 24 Noy 2017 17:10:00 275 0

Nadir Qafarzadədən etiraz: "Övladlarıma toxunmayın"

Müğənni Nadir Qafarzadə ona övladları ilə bağlı sual ünvanlayanlara ultimatum göndərib.

Son.az xəbər verir ki,müğənni daha ona övladları ilə bağlı sual verilməsini istəmir:

"Bəziləri mənim açıqlamamdan şou düzəldir. Övladlarımla bağlı mənə sual ünvanlayırlar ki, oğlunuzu nə vaxt evləndirirsiz? Kiminsə qapısına elçi getmisiniz? Artıq bu suallardan bezmişəm. Adama bir sualı nə qədər verərlər? Mən hələ oğluma görə kiminsə qapısına elçi getməmişəm. Amma gələcəkdə özü kimi istəyəcəksə, onu da alacaq. Onların şəxsi seçimlərinə qarışmaram. Özlərinə də demişəm, kimi istəyərlərsə, mən də bir ata kimi razı olaram. Amma sizin vasitənizlə xahiş edirəm ki, övladlarımla bağlı mənə sual verməyin. Çünki mən şou aləmindəyəm, onlar yox! Övladlarıma toxunmasınlar. Onlardan yazmasınlar. Düşünürəm ki, bu istəyimi nəzərə alacaqsınız".