Şərq Tərəfdaşlığı Sammitinin iştirakçıları münaqişələrin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləməyə çağırır


Digərləri 24 Noy 2017 17:11:00 270 0

Şərq Tərəfdaşlığı Sammitinin iştirakçıları münaqişələrin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləməyə çağırır

Şərq Tərəfdaşlığı Sammitinin iştirakçıları münaqişələrin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləməyə çağırır

Bakı. Brüsseldə keçirilən V Şərq Tərəfdaşlığı Sammitinin iştirakçıları regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolla nizamlanmasına kömək etmək üzrə səyləri dəstəkləməyə çağırır. Trend-in məlumatına görə, bu barədə sammitdə qəbul edilmiş birgə bəyannamədə qeyd olunub. Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir. Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və ya hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər. Xəbər yenilənir Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin