EBRD Azərbaycan Beynəlxalq Bankında pay almaqla bağlı qərarını gələn il verəcək - EKSKLÜZİV


İqtisadiyyat 24 Noy 2017 17:08:13 313 0

EBRD Azərbaycan Beynəlxalq Bankında pay almaqla bağlı qərarını gələn il verəcək - EKSKLÜZİV

Fransis Malijin sözlərinə görə, ilk öncə ABB özəlləşdirməyə tam açıq olmalıdır

“Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin özəlləşdirilməsində iştirakla bağlı qərarını 2018-ci ildə verə bilər”. Bunu “Report”a açıqlamasında EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Fransis Malij (Francis Malige) deyib.

F.Malijin sözlərinə görə, ilk öncə ABB özəlləşdirilməyə tam açıq olmalıdır: “EBRD prezidenti Sir Suma Çakrabartinin sentyabrda Bakıda keçirdiyi görüşlərdə mən də iştirak edirdim. Hökumətin ABB-nin özəlləşdirilməsi ilə bağlı təklifinə gəlincə isə, hələlik EBRD-nin bununla bağlı yekun qərarı yoxdur. Məncə, Azərbaycan bankı özəlləşdirməyə hazır olmalıdır. Daha sonra açıq bazardan investor cəlb edilməlidir. Həmçinin, birjada ABB-nin bazar dəyəri müəyyən olunmalıdır. Nə zaman ABB buna hazır olarsa, biz də təkliflərə baxa bilərik”.