Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul edildi


Siyasət 24 Noy 2017 17:00:00 272 0

Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul edildi

Bu gün Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.

Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və ya hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər.