"Aqueronun rekordunu qısa zamanda yeniləmək istəyirəm"


İdman 24 Noy 2017 17:04:00 324 0

"Aqueronun rekordunu qısa zamanda yeniləmək istəyirəm"

"Manchester City"nin yeni ulduzu Qabriel Jezuş komanda yoldaşı Serxio Aquero barədə danışıb. Goal.az xəbər verir ki, braziliyalı hücumçu onun rekordunu təzələmək istədiyini qeyd edib. Argentinalı forvard hələlik 179 qolla klub tarixinin ən sərrast futbolçusudur.

"Serxio klubda gözəl bir rekorda imza atdı. Ümid edirəm, onu mümkün qədər qısa zamanda yeniləyə biləcəm. Serxio ilə yaxından tanışam, əla oğlandır. Hər kəs onun necə futbolçu və fantastik insan olduğunu bilir. Aqueronun pərəstişkarıyam. Onunla bir-birimizə kömək edir və "City"nin prestiji üçün çalışırıq" - Jezuş deyib.