Komitə sədri: "Azərbaycanda qadınlar fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa məruz qalırlar"


Digərləri 24 Noy 2017 17:00:00 328 0

Komitə sədri: "Azərbaycanda qadınlar fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa məruz qalırlar"

"Azərbaycanda qadınlar fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa məruz qalırlar".

Son.az Trend-ə istinadən xəbər veirr ki, bunu Milli Məclisin Ailə və qadın komitəsinin sədri Aqiyə Naxçıvanlı qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniya ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda ərli qadınların bəzi hallarda qohumlarından təcrid olunması onların psixoloji zorakılığa məruz qalması deməkdir: "Onlara işləməyə, valideynləri, qohumları ilə ünsiyyətə icazə vermirlər, istədiklərini etməyə qoymurlar. Rayonlarda qadınlarımıza daha çox psixoloji cəhətdən zorakılıq tətbiq olunur. Buna görə də biz rayonlarda sığınacaqların çoxalmasına üstünlük verilməsinə çalışırıq".