Blokçeyn texnologiyasının Azərbaycanda tətbiqi araşdırılır


Digərləri 24 Noy 2017 16:54:00 244 0

Blokçeyn texnologiyasının Azərbaycanda tətbiqi araşdırılır

Blokçeyn texnologiyasının tətbiqi imkanları ilə bağlı görüş keçirilib.

Bakı. Blokçeyn texnologiyasının tətbiqi imkanları ilə bağlı görüş keçirilib. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, maliyyə texnologiyaları üzrə müasir çağırışlar və qabaqcıl trendlər Mərkəzi Bankda yaxından izlənilir və beynəlxalq təcrübə öyrənilməklə fəaliyyətin effektivliyinin və səmərəliliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə xarici təşkilatlar ilə davamlı müzakirələr aparılır, yeni təşəbbüslərin ölkəmizdə tətbiqi araşdırılır. Həyata keçirilən tədbirlər çərçivəsində bu gün Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin rəhbərliyi ilə İsveçrənin Cənubi Qafqaz regionu üzrə Əməkdaşlıq Ofisinin regional direktorunun müavini Simone Haeberli və İsveçrənin “Trüb Trading” şirkətinin İdarə Heyətinin sədri Christoph Franzen ilə görüş keçirilib. Görüşdə xarici dövlətlərdə blokçeyn texnologiyasının tətbiqi həlləri, elektron identifikasiya sistemlərinin informasiya və ödəniş sistemlərinə inteqrasiyası imkanları, müvafiq olaraq Gürcüstan və Estoniya təcrübələri barədə geniş müzakirələr aparılıb. Görüşdə həmçinin qurumlar arasında yeni əməkdaşlıq istiqamətləri və perspektivləri müzakirə olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin