Unikal kadrlar: ayıları qoyun saydılar FOTO


Digərləri 24 Noy 2017 15:54:00 294 0

Unikal kadrlar: ayıları qoyun saydılar  FOTO

Bir neçə ağ ayını birlikdə görmək müşkül məsələdir. O ki ola 200 ayı...

Son.az Daily Mail-ə istinadən bildirir ki, Rusiyanın şimal-qərbində, Çukotka sahillərinin yaxınlığındakı Vrangel adasında unikal olay yaşanıb.

200 ağ ayı dalğaların sahilə vurduğu balinanı parçalayıb yemək üçün yığışmışdılar.

Turistlərin olduğu qayıqda çəkiliş aparanlar yamacla aşağı enən canlıları uzaqdan qoyun sürüsü sanıblar. Lakin sahilə yaxınlaşanda o ağ rəngli canlıların ağ ayılar olduğunu görüblər.

Vrangel adasındakı qoruğun dediyinə görə, adada 580 ağ ayı yaşayır.


Xəbərə aid fotolar