Misirdə məscidə törədilən terror aktı nəticəsində azı 50 nəfər ölüb, 70 nəfər yaralanıb


Dünya 24 Noy 2017 15:41:28 238 0

Misirdə məscidə törədilən terror aktı nəticəsində azı 50 nəfər ölüb, 70 nəfər yaralanıb

Ölən və yaralananların sayının artacağı istisna edilmir

Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində azı 50 nəfər ölüb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, hücum cümə namazı vaxtı törədilib.

Terrorçular məscidin içində özlərini partladıblar. 

Məlumata görə, azı 70 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.