Sovet kosmik sənayesinin "görünməyən adamı"nın Azərbaycan planları
Digərləri 24 Noy 2017 15:25:00 257 0
SSRİ kosmik sənayesinin aparıcı simalarından, görkəmli alim və hərbi xadim, Sosialist Əməyi Qəhrəmanı, artilleriya general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyi qeyd olunur.
Son.az-ın azeridefence.com-a istinadla məlumatına görə, 1917-ci ildə Bakının Pirşağı kəndində anadan olan Kərim Kərimov Sovet kosmik proqramının banilərindəndir. Uzun illər sovet kosmonavtikasında mərkəzi fiqur olsa da, SSRİ dağılana qədər onun barəsində ictimaiyyətə heç nə məlum deyildi. Buna görə, o, kosmik sənayedə "görünməyən adam" adlanırdı.
Sovet kosmik proqramlarında yer alan K. Kərimov 1966-cı ildə Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilib və bu vəzifədə 25 il çalışıb. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini olub.
K.Kərimov Moskvada çalışdığı dövrdə Azərbaycan ərazisində kosmik sənayenin qurulması və inkişafı ilə bağlı ideyaları dəstəkləyib. Bir sıra planların hazırlanması və həyata keçirilməsi üçün çalışıb.