İŞİDin köləsinə çevrilmiş 18 yaşlı Dilbər Məmmədova: “Atam bizi zorla gətirdi...” FOTO


Kriminal 24 Noy 2017 15:28:00 322 0

İŞİDin köləsinə çevrilmiş 18 yaşlı Dilbər Məmmədova: “Atam bizi zorla gətirdi...”  FOTO

İŞİD terror qruplaşmasının "paytaxt" elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra qəddar cihadçıların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Ayn İsa düşərgəsinə sığınıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, mülki kürdlərin nəzarət etdiyi düşərgədə saxlanılanlar arasında azərbaycanlı qadın ə uşaqlar da var.

Onlardan biri Dilbər Məmmədova başına gələnləri danışıb, atası tərəfindən zorla Suriyaya aparıldıqlarını deyib. Hazırda 18 yaşı olan Dilbər Məmmədova deyib ki, atası İŞİD üzvü olub. Onlar Türkiyə üzərindən Suriyaya keçiblər. "Türkiyəyə aid ambulansla sərhədi keçdik, keçərkən nə sərhəd xətti, nə əsgər görmədik" - o deyib.

Dilbər danışıb ki, atası onun bilmədiyi səbəblərdən İŞİD tərəfindən edam olunub. Terror təşkilatının əsarətində olarkən İŞİD o vaxt yetkinlik yaşına çatmayan Dilbəri terrorçulardan biri ilə zorla evləndirib. Həmin terrorçu döyüşlərdən birində öldürüləndən sonra bu dəfə azərbaycanlı qızı başqa İŞİD-çiyə zorla ərə verilib.