Ana 13 yaşlı qızının önündə bıçaqlandı VİDEO FOTO


Digərləri 24 Noy 2017 14:45:00 340 0

Ana 13 yaşlı qızının önündə bıçaqlandı  VİDEO  FOTO

39 yaşlı Rakel Melo Motta 13 yaşlı qızının gözləri önündə bıçaqlanıb. Onunla dalaşan qadın Rakelə 3 dəfə bıçaqla zərbə endirib.

Son.az dailymail-ə istinadən bildirir ki, olay Braziliyanın Rio de Janeyro şəhərinldən şimal-şərqdə yerləşən Makae şəhərində yaşanıb.

Bıçaqlanan Rakel avtomobilinin sükanı arxasına əyləşib və huşunu itirib.

O, təcili yardımla hospitala aparılıb və reanimasiya palatasında keçinib.

Rakel 13 yaşlı qızı ilə birlikdə alış-veriş mərkəzinə yollanmışdı. O, avtomobilini mərkəzin qarajına tərəf yönəldəndə arxadan gələn maşın Rakelin maşınına dəyib.

Həmin maşının sükanı arxasında İsla Kristina Pereyra de Souza vardı.

Qadınlar dalaşmağa başlayıblar və bu zaman İsla əlindəki bıçaqla 3 dəfə Rakeli vurub. Zərbələrin biri Rakelin ürəyinin altına dəyib.


Xəbərə aid fotolar