Azərbaycanda ən güclü zəlzələ harada oldu?


Digərləri 24 Noy 2017 13:48:00 370 0

Azərbaycanda ən güclü zəlzələ harada oldu?

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 5729 zəlzələ baş verib.

Son.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, bu ilin əvvəlindən indiyədək olan dövr ərzində Azərbaycan daxilində 3642 yeraltı təkan qeydə alınıb. Onların 25-i hiss olunub.

Bu il ən güclü zəlzələ noyabrın 15-də 5,7 maqnituda ilə Ağdam rayonunda baş verib.