Maral Tahirqızı: “Bir müddət Yeyinti Nazirliyində işləmişəm” VİDEO


Şou-biznes 24 Noy 2017 13:30:00 420 0

Maral Tahirqızı: “Bir müddət Yeyinti Nazirliyində işləmişəm”  VİDEO

Müğənni Maral Tahirqızı baku.ws-in qonağı olub. Suallarımızı cavablandıran Maral Tahirqızı maraqlı açıqlamar verib.

Son.az müğənninin müsahibəsini təqdim edir: - Kefiniz necədir? - Çox sağ olun yaxşıyam.  - Maral Tahirqızı kimdir? - Yəqin ki, mənəm. İlk iş yerim Zərif Mahal İstehsalat Birliyində olub. Hesablayıcı, anbardar, Tikinti sahəsində kadrlar şöbəsinin rəisi, Arpaçay Assosasiyasında kadrlar şöbəsində, Yeyinti nazirliyində və Kənd təsərrüffatında çalışmışam.  - Maral xanım, neçə yaşınız var?  - Mənə internetdə çox yaş verirlər. Amma mənim çox yaşım yoxdur.  - İndiki planlarınızda nələr var? - Yəqin ki, planlarım sənətlə əlaqədardır. İmamlarımızın qırxını və səfər ayını gözlədim. Mənim bu aylarda qapım açıldı.  - Hiss edirsinizmi ki, bəzən insanlar sizi ələ salırlar. Elə tez bir zamanda məşhur olmağınız da bunun nəticəsi idi... Yəni belə düşünmək olarmı? - Xeyr. Heç elə deyil. Demək olar ki, mən öz səsimlə məşhur oldum. Amma ola bilər ki, fotoşəkillərimlə də kimisə cəzb etdim.  - Sizə sosial şəbəkələrdə dünya ulduzları yazır demişdiniz. Şakira, Cenifer Lopez və digərləri. Yenə də sizə yazmağa davam edirlərmi?  - Bildiyiniz kimi, mən uzun müddət sosial şəbəkələrdə olmamışam. Amma 20 gün istifadə etdim. Nəsə mənim bütün sosial şəbəkələrim blok olunur. Yeni instagram səhifəsi açdım onu da blok etdilər.  - Necə oldu ki, həbs olundunuz? - Mən günahsız həbs olundum. Bəziləri mənə yazır ki, sən "mamaroza" kimi həbs olunmusan. Xeyr bu, belə deyil. Mən evimi Vəliyeva Esmiraya 20 manata kirayə verəcəkdim. Vəliyeva Esmira yalan deyir. Onun arxasında duran başqa maraqlar var.  - Həbsxana həyatı sizin yaddaşınızda necə qaldı?  - Kobud, ədədbsiz insanlar var. Bunlar elə çöldən gəliblər. Bunlar elə türmədə böyüməyiblər ki... Mən onlardan uzaq dururdum. Onlar onu hiss edirdilər. Orda nə qədər qadınlar var ki, adam öldürüblər. Öz-özümə deyirdim ki, gör gəlib mən hara düşmüşəm. - Bayrağımızın rənglərini bilirsinizmi? - Yaşıl, qırmızı, göy. Göy rəng səma rəngidir. Qırmızı rəng sülh rəngdir. Yaşıl rəng də islamçılıq rəngidir.  - Musiqi notlarını sayardınız... - Do, re, mi, fa, sol, ya, si. Əlavə olaraq bir də du-nu əlavə ediblər. - Sevgiliniz varmı? - Sevdiyim insan yoxdur.  - İkinci dəfə ailə qurmaq haqda düşünürsünüzmü? - Həyatın möcüzəsidi. Bir də gördün elə bir insan çıxdı ki, qəlbini ovsunladı. - Həbsxanada ziyarətinizə sənət adamlarından kimsə gəlirdimi? - Ora yaxınlarından başqa heç kimi buraxmırdılar.  - "Maşın şou"dan təklif alsaydız, iştirak edərdiniz? - Qəbul edərdim. Orda durmaq lazımdır.  - Müsahibələrinizdə bildirmisiniz ki, dünyanın ən zil səsli sənətçisisiniz... Bu haqda nə demək istərdiniz? - Mahnı ifa edir... - Məşhur sənətçilərimizdən sizinlə duet oxumaq istəyənlər olubmu? Yaxud siz özünüz kiminlə duet ortağı olmaq istərdiniz? - O haqda nəsə fikirləşməmişəm.  - Samiraldonu tanıyırsınız? - Yox, tanımıram o kimdir. Bu yaxında birini hardasa göstərdilər. Hansı rayonandır? Zaqataladandır? - Gəliriniz hardandır? - Toylar yoxdur, əlbəttə ki, çox çətindir. Öz mayamdan xərcləyirəm.  - İctimai nəqliyyatdan istifadə edirsiniz? - Mənim maşınım var. Bilirəm ki, harasa gedəndə onu hardasa "Fark" (park) edtirməliyəm. Ona görə ən gözəli elə maşını tərpətmirəm. Ayaqla gedirəm.  - Hansı maşını sürürsünüz? - "Wolksvagen jetta"dır.  2000-ci ildir, amma çox az sürülüb. Heç 200.000 km getməyib.  - Neçə dil bilirsiniz? - Hər dildən bir az bilirəm. Əsas öz dilimi bilirəm.  - Azərbaycanlı müğənnilərin kliplərdəki açıq-saçıq və öpüşmə səhnələrinə necə baxırsınız? - Öpüşməyi sevmirəm. Çünki hərədə bir xəstəlik var. Öpüşməyi düzgün hesab etmirəm.  - Həyatda ən çox peşman olduğunuz şey nədir? - Mən evdə olanda Vəliyeva Esmira mənə zəng vurdu. Saat 12-də. Mən dedim evdən çıxıram. Şəkil çəkdirməyə gedirəm. Dedi ki, mən siz tərəfə gələcəm. Dedim gəlirsən gəl. Amma mən fotosessiya etdirməyə gedirəm. Dedi ki, gəlim oturaq sizdə çay içək. Dedim, vallah, mənim vaxtım yoxdur, mən gedirəm. Soruşdu ki, nə zaman gələcəksən. Dedim 2-3 saata. Elə oldu ki, mən Qız qalasının yanında şəkillərimi çəkdim. Bu, mənə yenə zəng elədi. Düşündüm ki, mən buna deyim rayona gedirəm. Çünki ondan şübhələnirdim. Hər dəfə söz ağzıma gəldikcə dilimin ucunda qıfıllandı. Saat 5 idi mən evə gələndə həbs olundum. Həyatımdakı ən çox peşman olduğum şey budur.  -Sonda nə demək istərdiniz? -İzləyicilərimizə xoş əhval-ruhiyyə arzu edirəm.