Neapolda pitseriyada atışma - 2 yaralı


Digərləri 24 Noy 2017 13:37:00 352 0

Neapolda pitseriyada atışma - 2 yaralı

İtaliyanın Neapol şəhərində atışma baş verib.

İtaliyanın Neapol şəhərində atışma baş verib. Trend-in məlumatına görə, iki nəfər silahlı şəxs pitseriyaya daxil olaraq bir neçə atəş açıb. Hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hücum edənlər hadisə yerindən uzaqlaşa biliblər. Hazırda onların axtarışları davam etdirilir.