Alan Dunkan: "Azərbaycan və Böyük Britaniya gələcək üçün iddialı məqsədlər qoymalıdır"


Siyasət 24 Noy 2017 13:00:28 310 0

Alan Dunkan: "Azərbaycan və Böyük Britaniya gələcək üçün iddialı məqsədlər qoymalıdır"

"İki ölkə arasında mədəniyyət və təhsil sahəsində əlaqələr çox sürətlə inkişaf edir"

"Azərbaycan və Böyük Britaniya gələcək üçün iddialı məqsədlər qoymalıdır."

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan bu gün Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitinə həsr olunmuş məqaləsində yazıb.

"Böyük Britaniya Azərbaycanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edir və BP başda olmaqla Xəzər dənizi regionunda beynəlxalq səviyyədə dəniz neft-qaz hasilatı sənayesinin inkişafına kömək edir", - məqalədə qeyd olunur.

A.Dunkanın fikrinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi son 25 ildə Böyük Britaniya və Azərbaycanın səmərəli əməkdaşlığını nümayiş etdirir: "Bu infrastruktura sərmayələr Azərbaycana onun tarixində ilk dəfə olaraq müstəqil, suveren ölkə kimi inkişafına imkan verdi."

Onun sözlərinə görə, iki ölkə arasında mədəniyyət və təhsil sahəsində əlaqələr çox sürətlə inkişaf edir.

"Getdikcə Azərbaycanda daha çox gənc ingilis dilini öyrənmək, Böyük Britaniya universitetlərində oxumaq və ya Azərbaycanda fəaliyyət göstərən 450 Britaniya şirkətinin birində çalışmaq istəyir", - məqalədə qeyd olunur.