Azərbaycanda narkomaniya xəstəliyinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq


Digərləri 24 Noy 2017 12:56:00 199 0

Azərbaycanda narkomaniya xəstəliyinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq

Tibbi müəssisəsi yaradıldıqdan sonra Cinayət-Prosessual Məcəlləsinin yeni fəsli qüvvəyə minəcək

Azərbaycanda narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsi yaradılacaq.

“Report”un xəbərinə görə, yeni tibb müəssisəsi qapalı rejimdə fəaliyyət göstərəcək.

Tibb müəssisəsi yaradıldıqdan sonra Cinayət-Prosessual Məcəlləsinin yeni - “Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat” adlı fəsil qüvvəyə minəcək.

Layihə yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.