Avropa İttifaqı Azərbaycana 21 milyard dollar yatırıb FOTO


Digərləri 24 Noy 2017 12:31:00 284 0

Avropa İttifaqı Azərbaycana 21 milyard dollar yatırıb  FOTO

Son 10 il ərzində Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatına 21 milyard dollar sərmayə yatırıb.

Son.az Trend-ə istinadən xəbər veirr ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Dövlət Statistika Komitəsinə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Dəstək" tvininq layihəsinin yekunlaşması münasibətilə keçirilən tədbirdə deyib.

Nazir qeyd edib ki, Aİ bu göstərici üzrə lider mövqedədir: "Avropa İttifaqı ölkələrinin investisiyalar strukturunda payı 24 faiz təşkil edir. Hazırda Azərbaycanda 1400-dən çox Avropa şirkəti fəaliyyət göstərir. Azərbaycan 8 Aİ ölkəsi ilə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb".


Xəbərə aid fotolar