Niyə, ay Natiq? Niyə imkan vermədin ki...


Digərləri 24 Noy 2017 12:34:00 130 0

Niyə, ay Natiq? Niyə imkan vermədin ki...

Son.az "Gununsesi.info"ya istinadən əməkdar jurnalist Ləman Ələşrəfqızının "Onun böyük ürəyi" adlı yazısını təqdim edir: Dostum Natiq Qədimovun əziz xatirəsinə

Dostlar hamı sənin yasına tələsir. Mən oturub sənin haqqında yazı yazıram. Bağışla məni Natiq, bu gün gələ bilməyəcəm hüzrünə. Çünki o yas çadırına soyuqqanlı daxil ola bilmərəm. Ananın ağlar gözünə baxa bilmərəm. Körpə gözləyən həyat yoldaşına "axır qəmin olsun" deyə bilmərəm. O, böyük qəminin hələ lap başlanğıcındadır. Atasız körpə böyüdəcək bu vəfasız, stressli dünyada. Onları niyə yetim qoydun, ay Natiq? Bizi niyə yetim qoydun..?!

Əslində, bugünkü köşəmin qəhrəmanı illərin dostu sən yox, Nyu-Yorkda yaşayan bir facebook dostum gənc oğlan olmalıydı. Adını yazmıram, özü belə istəyib çünki. Kimdir o gənc? ABŞ-da təhsil alan bir tələbə. Maşınını satıb, yol pulu edib, gedib orda İT üzrə kollecdə təhsil alan, deməli, həm də özünü dolandırmaq üçün işləyən, indi də universitetə hazırlaşan bir həmyerlimiz. Öz halal tələbə pulundan artırıb xərçəngdən əziyyət çəkən jurnalist həmkarımız Ülviyyəyə kömək olmaq istəyib. Mənə yazdı ki, o pulu jurnalist xanımın hesabına köçürə bilmirəm. Sizə göndərsəm, siz ona çatdırarsız?

"Onun böyük ürəyi" haqqında yazmaq istədiyim vaxtda sənin böyük ürəyin özünü ortaya atdı. Niyə, ay Natiq? Niyə imkan vermədin ki, mən o gənci "Galenvagen"li məmur balalarına nümunə göstərərdim? Deyərdim ki, sizin təkərləriniz altında əzilən bu millətin belə oğulları da var. Onlar bir xəstəyə məlhəm ola bilmək üçün öz boğazlarından kəsib ta okeanın o tayından vətənə - ehtiyacı olana yardım edirlər. Tələbə yardımı! Siz isə hətta 140 sürətlə üstündən keçdiklərinizə insanlıq yardımı belə  etmirsiz, onları qanı süzülə-süzülə asfalt üzərində qoyub qaçırsız. Azmı çəkmişdin belə hadisələri, Natiq? Az olmuşdumu mikrafonuna, kamerana əl atanlar, üz-gözünə yumruq atan neçə biləyi havada saxlamışdın? Sonra da çöhrəndəki səmimi gülüşlə, sakit danışığınla, uzun kipriklərini qırpa-qırpa, udquna-udquna yola vermişdin onları?

Efirdə də beləydin. Bir "padvodka"nı oxuyana kimi, azı üç dəfə udqunurdun, boğazın quruyurdu. Boğazımızı qurutdun, Natiq. Dilimiz tutuldu. Balıq kimi lal olduq. Sonuncu dəfə "Gənclik" bağına sellofan torbada gətirdiyin balıqlar vardı ha, bax onlar kimi lal. Gətirmişdin ki, o balıqları qızartsınlar yeyək. Mən dedim ki, bunların boğazına balıq çatar? Az qala bütün "İç xəbər", "Növbətçi" burdadır, apar evə balıqları... Yenə də gülümsəmiş, uzun kipriklərini qırpmış, udquna-udquna nəsə demişdin. Bilsəydim dünyadan belə tez köçəcəksən, dediklərini bir-bir yadımda saxlayardım. Uzun illər qabaq baş vermiş bir hadisəni yadımda saxladığım kimi.

Səhv etmirəmsə bacının toyu idi. "İç xəbər"də işləyirdik. Mən toya 3 yaşlı oğlumla gəlmişdim. Toyun ortasında oğlum ayaqyoluna getmək istədi. Dedin ki, ver, mən aparım, sən otur yeməyini ye. Yanımdakı Azər Qismətə dedim ki, vallah, bu Natiq əla oğuldur, toy sahibi olasan, qonaq-qara qəbul edəsən, hələ bir üstəlik iş yoldaşının uşağının çişinin dərdini də çəkəsən? Elə buna gülürdük ki, bir də gördüm üzün-başın suyun içində gəldin. Rəsulun - oğlumun da əlindən möhkəm-möhkəm tutmusan. Dedim bu nə hal, Natiq? Dedin ki, sənin uşağın dəhşətdir eyy, elə gözləyirdi ki, şalvarını aşağı edim. Zalım balası üz-gözümü necə suladısa....O qədər gülmüşdük ki, sözlə ifadəsi mümkün deyil. Və onda mən sənə demişdim ki, eybi yox, sən də acığını ondan onun toyunda çıxarsan. Toyda mikrafonu alarsan əlinə, danışarsan bu hadisəni və onu gəlinin yanında biabır edərsən. Gülüşmüşdük.

Madər Musayev "Şərəf" ordeni ilə təltif edilib like
  • 24 Noy 12:33  
Digərləri Madər Musayev "Şərəf" ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Madər Musayevin “Şərəf” ordeni ilə təltif edi

arrow Ətraflı
Avropa İttifaqı Azərbaycana 21 milyard dollar yatırıb  FOTO like
  • 24 Noy 12:31  
Digərləri Avropa İttifaqı Azərbaycana 21 milyard dollar yatırıb FOTO

Son 10 il ərzində Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatına 21 mily

arrow Ətraflı
Daha bir serial reytinq qurbanı oldu  VİDEO like
  • 24 Noy 12:29  
Digərləri Daha bir serial reytinq qurbanı oldu VİDEO

Türkiyədə daha bir serial reytinqi aşağı olduğuna görə bitir

arrow Ətraflı
Deputat ittiham etdi  "BakuBus" cavab verdi like
  • 24 Noy 12:20  
Digərləri Deputat ittiham etdi "BakuBus" cavab verdi

Milli Məclisin plenar iclası zamanı deputat Fazil Mustafa çıxışında "Bak

arrow Ətraflı
Prezident İlham Əliyev Brüsseldə "Şərq tərəfdaşlığı" sammitində iştirak edir like
  • 24 Noy 12:15  
Siyasət Prezident İlham Əliyev Brüsseldə "Şərq tərəfdaşlığı" sammitində iştirak edir

Bu gün Brüsseldə V "Şərq tərəfdaşlığı" sammiti öz işinə

arrow Ətraflı
İnsanla dolu gəmi tapıldı like
  • 24 Noy 12:15  
Dünya İnsanla dolu gəmi tapıldı

Yunanıstan sahillərində itən miqrant və qaçqınlarla dolu gəmi tapılıb.

arrow Ətraflı
"Qarabağ" qışda "Beşiktaş"la qarşılaşacaq like
  • 24 Noy 12:13  
İdman "Qarabağ" qışda "Beşiktaş"la qarşılaşacaq

 "Qarabağ" və Türkiyənin "Beşiktaş" komandaları arasınd

arrow Ətraflı
Türkiyə ofşorların "qara siyahısına" daxil edilə bilər like
  • 24 Noy 12:11  
Dünya Türkiyə ofşorların "qara siyahısına" daxil edilə bilər

Avropa İttifaqı (Aİ) Türkiyəni ofşor ölkələrin "qara siyahısı&qu

arrow Ətraflı
Azərbaycan məhsullarının Almaniya bazarına ixracı müzakirə olunub like
  • 24 Noy 12:09  
Digərləri Azərbaycan məhsullarının Almaniya bazarına ixracı müzakirə olunub

Berlində Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 7-ci iclas

arrow Ətraflı
Atəşkəs dövründə ermənilərin öldürdüyü azərbaycanlı uşaqların like
  • 24 Noy 12:06  
Kriminal Atəşkəs dövründə ermənilərin öldürdüyü azərbaycanlı uşaqların

"Azərbaycanaın qoşulduğu ilk beynəlxalq sənədlərdən biri "Uş

arrow Ətraflı
Nazir: Aİ Azərbaycan iqtisadiyyatına 21 milyard dollar yatırıb (FOTO) like
  • 24 Noy 12:05  
Digərləri Nazir: Aİ Azərbaycan iqtisadiyyatına 21 milyard dollar yatırıb (FOTO)

Son 10 il ərzində Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatına 21 mily

arrow Ətraflı
Prezident İlham Əliyev Brüsseldə "Şərq tərəfdaşlığı" sammitində iştirak edir like
  • 24 Noy 12:05  
Digərləri Prezident İlham Əliyev Brüsseldə "Şərq tərəfdaşlığı" sammitində iştirak edir

Prezident İlham Əliyev Brüsseldə "Şərq tərəfdaşlığı" sammitində iş

arrow Ətraflı
EBRD gələn il TAP layihəsinə sindikatlaşdırılmış kredit ayırmağı düşünür like
  • 24 Noy 12:04  
İqtisadiyyat EBRD gələn il TAP layihəsinə sindikatlaşdırılmış kredit ayırmağı düşünür

Fransis Malijin sözlərinə görə, EBRD-nin maliyyələşdirdiyi qaz layihəl

arrow Ətraflı
Brüsseldə Şərq Tərəfdaşlığının V sammiti işə başlayıb like
  • 24 Noy 12:00  
Siyasət Brüsseldə Şərq Tərəfdaşlığının V sammiti işə başlayıb

Tədbirdə Şərq Tərəfdaşlığı proqramının üzv ölkələrinin dövlət

arrow Ətraflı