Deputat ittiham etdi "BakuBus" cavab verdi


Digərləri 24 Noy 2017 12:20:00 267 0

Deputat ittiham etdi  "BakuBus" cavab verdi

Milli Məclisin plenar iclası zamanı deputat Fazil Mustafa çıxışında "BakuBus" MMC-nin fəaliyyətini tənqid edib. Tənqid, əsasən, azyaşlı uşaqların gediş haqqı ilə bağlı olub:

"Qanunla 5 yaşına qədər olan uşaqlar ictimai nəqliyyatdan pulsuz istifadə edir. 5-10 yaşlı uşaqlar isə ictimai nəqliyyatdan istifadə edərkən biletin yarısının pulunu ödəməlidir. "BakuBus" son dövrlər bir sıra yeniliklər edib. Ancaq təəssüf ki, MMC-nin sürücüləri 5-10 yaşlı uşaqlardan tam bilet pulunu ödəməyi tələb edirlər. Hesab edirəm ki, bu məsələyə diqqət edilməli, qanunun işləməsi təmin edilməlidir".

Mövzu ilə bağlı son.az-ın sorğusunu cavablandıran "BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, hörmətli deputatın dedikləri köhnə qaydalara aiddir. Həmin qaydalarda isə artıq 7 aydır ki, dəyişiklik edilib. Yeni qaydalara əsasən, şəhərdaxili marşrutlarda 5 yaşdan yuxarı uşaqlara görə tam ödəniş edilməlidir: