Brüsseldə Şərq Tərəfdaşlığının V sammiti işə başlayıb


Siyasət 24 Noy 2017 12:00:00 310 0

Brüsseldə Şərq Tərəfdaşlığının V sammiti işə başlayıb

Tədbirdə Şərq Tərəfdaşlığı proqramının üzv ölkələrinin dövlət və hökumət başçıları, Aİ ölkələrinin liderləri iştirak edir

Brüsseldə Şərq Tərəfdaşlığının V sammiti işə başlayıb. Report xəbər verir ki, sammitin rəsmi açılışında Avropa şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Estoniyanın baş naziri Eri Ratas çıxış edib.

Sammitin işində Şərq Tərəfdaşlığı proqramının üzv ölkələrinin - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın dövlət və hökumət başçıları, Belarusun xarici işlər naziri, həmçinin Aİ ölkələrinin liderləri iştirak edir.

Tədbir bağlı qapılar arxasında keçiriləcək, onun nəticələri barədə mətbuat konfransında elan olunacaq.

Şərq Tərəfdaşlığı sammitinin yekunları üzrə iştirakçılar 20 prioritet məqsədləri müəyyən edən yekun sənədi qəbul etmək niyyətindədir. Qeyd olunur ki, proqramın iştirakçıları bu məqsədləri 2020-ci ilədək həyata keçirməyi planlaşdırır.