Yenidən hazırlanan “Silahlı Qüvvələr haqqında” qanun layihəsi MMdə müzakirəyə çıxarılır


Digərləri 24 Noy 2017 11:39:00 292 0

Yenidən hazırlanan “Silahlı Qüvvələr haqqında” qanun layihəsi MMdə müzakirəyə çıxarılır

Yenidən hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Son.az apa-ya istinadən xəbər verir ki, yeni qanun layihəsində maddələrin sayı artıb. 5 fəsil, 16 maddədən ibarət olan yeni qanun layihəsində Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır.   Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc apa-ya bildirib ki, yeni qanun layihəsi Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir: "Qanun layihəsində göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər".   Qeyd edək ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" mövcud qanun 1991-ci ildə qəbul olunub və 10 maddədən ibarətdir.