Qırğızın yeni prezidenti: “Rusiya ilə strateji tərəfdaşlıq kursunu gücləndirəcəm”


Dünya 24 Noy 2017 11:23:06 275 0

Qırğızın yeni prezidenti: “Rusiya ilə strateji tərəfdaşlıq kursunu gücləndirəcəm”

Sooronbay Jeenbekov deyib ki, istənilən yerliçiliyə, milliyyətçiliyə və qohumbazlığa qarşıdır

“Rusiya ilə strateji tərəfdaşlıq kursu gücləndiriləcək”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının yeni seçilən prezidenti Sooronbay Jeenbekov andiçmə mərasimində deyib. 

Ölkə vətəndaşlarına müraciət edən dövlət başçısı vurğulayıb ki, istənilən yerliçiliyə, milliyyətçiliyə və qohumbazlığa qarşıdır: “Bunların dövlət idarəetmə orqanlarında yayılmasına yol verməyəcəyəm. Respublikada 100-ə yaxın etnik qrup yaşayır. Onların arasında barış ölkənin inkişafı üçün başlıca vəzifədir”.

Qeyd edək ki, noyabrın 24-də Qırğız Respublikasının yeni seçilmiş prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi olub. Tədbirdə ictimai xadimlər, yaradıcı şəxslər, elm adamları, parlamentin deputatları, hökumət üzvləri, diplomatik təmsilçiliklərin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ümumilikdə 450 nəfər iştirak edib.

Xatırladaq ki, oktyabrın 15-də Qırğız Respublikasında keçirilən prezident seçkisində hakim partiyanın nümayəndəsi, keçmiş baş nazir Sooronbay Jeenbekov 54,81 faiz səs toplayaraq qalib gəlib.