Bakıda gimnastika yarışları davam edir


Digərləri 24 Noy 2017 11:12:00 253 0

Bakıda gimnastika yarışları davam edir

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı, batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, 24-25 noyabr tarixlərində meydançanı aerobika təmsilçiləri və bədii gimnastlar bölüşəcəklər.

Turnirin son günü (26 noyabr) isə bədii gimnastlarla yanaşı, batutçular da mübarizəyə qoşularaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Yarışlarda yerli gimnastlarımızla yanaşı, Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançıların qatılacağı gözlənilir. Onlar fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramlarında 5 yaş kateqoriyası (2009-2010, 2006-2008, 2003-2005, 2000-2002, 1999 və daha böyük) üzrə mübarizə aparacaqlar.