"Qara cümə" başlandı FOTO


Digərləri 24 Noy 2017 10:54:00 275 0

"Qara cümə" başlandı  FOTO

Bu gün dünyanın bir çox ölkələrində "Qara cümə" başlanıb. Azərbaycan da istisna deyil.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Qara cümə" (Black Friday) ABŞ-da milli bayram olan Şükranlıq Günündən sonrakı ilk cümə günüdür. Məhz bu gün ənənəvi Milad endirimli satışları başlanır.

"Qara cümə" adəti 19-cu əsrdə yaranıb, endirimli alış-verişlərin başlandığı günə bu ad isə 1966-cı ildə Birləşmiş Ştatların şərq sahillərində peyda olub.

"Qara cümə" Qərb ölkələrində rəsmi bayram və ya istirahət günü sayılmasa da, milyonlarla insan bu gün işdən icazə alıb alış-verişə yollanırlar.

Bu gün dükanlar və marketlər səhər erkəndən, təxminən saat 5-də açılır. Bəzi ticarət şəbəkələri isə gecəyarıdan işə başlayırlar.

İlk alıcılara 50-80 arasında endirimlər təklif olunur. Bu, dükanlara mümkün qədər çox alıcı cəlb etmək üçündür.

ABŞ-da bu gün 26 milyard, Britaniyada isə 8 milyard dollarlıq alış-verişin ediləcəyi gözlənilir.


Xəbərə aid fotolar