Vüsalla bağlı açıqlama: “O veriliş AzTVdə yayımlanmayıb...”


Şou-biznes 24 Noy 2017 10:33:00 372 0

Vüsalla bağlı açıqlama: “O veriliş AzTVdə yayımlanmayıb...”

Sosial şəbəkələrdə müzakirəyə səbəb olan verilişlə bağlı Müasir Azərbaycan Gəncliyi (MAG)  açıqlama verib.

Son.az xəbər verir ki, MZ productionun rəhbəri Üzlüfət Qasımova qafqazinfo-ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib:

"O kadrlar AzTV-də getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik, daha sonra qərara aldıq ki, AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Sözügedən videonu 20 gün əvvəl səhifədə yaymışıq.

Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, "MAG" 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı". 

Üzlüfət Qasımova, həmçinin qeyd edib ki, Vüsal çox istedadlı gəncdir: