Bakı kafelərinin birində kütləvi dava zamanı bir nəfər bıçaqlanıb


Kriminal 24 Noy 2017 08:36:00 260 0

Bakı kafelərinin birində kütləvi dava zamanı bir nəfər bıçaqlanıb

Daha bir nəfər isə döyülərək xəsarət alıb

Bakının Nəsimi rayonunda düşən kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, Səməd Vurğun küçəsində yerləşən kafelərin birində mübahisə zamanı 1976-ci il təvəllüdlü Alıyev Fərid Teymur oğlu bıçaqlanıb.

Yaralını 1972-ci il təvəllüdlü tanışı Fətəliyev İlqar Qərib oğlu xəstəxanaya yerləşdirib. Lakin o da hadisə yerinə qayıdan zaman döyülüb. Bu zaman ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.