Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 7 sorğu göndərib


Dünya 24 Noy 2017 08:23:12 292 0

Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 7 sorğu göndərib

Bununla yanaşı Türkiyədə Gülənə qarşı məhkəmə prosesi davam etdirilir

Ankara FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası tələbi ilə ABŞ-a 7 sorğu göndərib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

Nazirin sözlərinə görə, 3 noyabr 2017-ci il tarixindən ABŞ-a onun təhvil verilməsi ilə bağlı yeddi sorğu və müvəqqəti həbsinə dair ayrı bir sorğu ünvanlanıb.

O əlavə edib ki, bununla yanaşı Türkiyədə Gülənə qarşı məhkəmə prosesi davam etdirilir.