"Hər iki tərəf sayıqdır..."


Siyasət 24 Noy 2017 08:22:00 263 0

"Hər iki tərəf sayıqdır..."

NATO ilə Azərbaycan arasında səmimi münasibətlər mövcuddur.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkili bildirib ki, bu münasibət tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir: "Azərbaycanın NATO tərkibində Əfqanıstanda fəaliyyət göstərməsi, Qərb dəyərlərinə üstünlük verməsi NATO-da Azərbaycan haqqında oturuşmuş bir imic formalaşdırıb. Və hesab edirlər ki, Azərbaycanla münasibətlər çox yüksək səviyyədə qalmalıdır".

F.Quliyevin sözlərinə görə, bəzi Qərb ölkələri Azərbaycan - NATO, Azərbaycan - ABŞ, Azərbaycan - Aİ münasibətlərini pozmaq istəyirlər: "Amma göründüyü kimi, hər iki tərəf sayıqdır, səmimi münasibətlər qorunur, Azərbaycana böyük etimad göstərilir. Prezident İlham Əliyevin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı dövlət başçısının nüfuzundan irəli gəlir".

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.