Yapon dənizində göyərtəsində rus dənizçilərin olduğu gəmi yanıb


Dünya 24 Noy 2017 08:20:11 333 0

Yapon dənizində göyərtəsində rus dənizçilərin olduğu gəmi yanıb

Hadisə nəticəsində zərər çəkən olmayıb

Yapon dənizində Toqo bayrağı altında üzən "İman" gəmisində yanğın baş verib. Gəminin göyərtəsində rusiyalı heyət üzvləri var.

"Report" xəbər verir ki, Vladivastok Xilasetmə və Koordinasiya Mərkəzinin rəisi Nikolay Pirojkova istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində zərər çəkən olmayıb.

Hazırda teploxod dreyf zonasındadır. Əraziyə "Nefteqaz-55" yedəyi göndərilib.