Azərbaycan ərazisində növbəti dəfə zəlzələ olub


Sosial 24 Noy 2017 07:43:47 259 0

Azərbaycan ərazisində növbəti dəfə zəlzələ olub

Zəlzələnin 3,2 maqnituda gücündə olduğu və hiss edilmədiyi bildirilir

Azərbaycanda növbəti dəfə zəlzələ olub.

"Report" AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 04:02-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin 3,2 maqnituda gücündə olduğu və hiss edilmədiyi bildirilir. Yeraltı təkanlar 58 km dərinlikdə qeydə alınıb.