Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə dünyasını dəyişib - FOTO


Sosial 24 Noy 2017 05:30:29 281 0

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə dünyasını dəyişib - FOTO

Tələbə Bakıdan Permə təhsil almaq üçün gedib

Rusiyanın Perm şəhərində bir neçə gün əvvəl vəhşicəsinə döyülən azərbaycanlı tələbə dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev məlumat verib.

Bildirilir ki, noyabrın 19-da naməlum şəxslər 27 yaşlı Mustafayev Hüseynə hücum ediblər. Həkimlər bir neçə gün onun həyatını xilas etməyə çalışsalar da, sonda gənc oğlan ölüb.

Diaspor nümayəndələri hazırda ölən şəxsin yaxınlarını axtarmaqla məşğuldurlar. Tələbə Bakıdan Permə təhsil almaq üçün gedib.

Hadisədən bir neçə gün sonra şübhəli şəxslər saxlanılıb.