Belçika kralı Kiyevdə mənzilin döşəməsində gecələyib


Dünya 24 Noy 2017 04:39:17 300 0

Belçika kralı Kiyevdə mənzilin döşəməsində gecələyib

I Filipp bu barədə Ukrayna prezidenti ilə görüşündə danışıb

Ukrayna prezidenti Petro Poroşenko Brüsseldə Belçika kralı I Filipp ilə görüşdüyünü və kralın ona Kiyevdə necə gecələməsindən danışdığını bildirib.

“Report” xəbər verir ki, Belçika kralı görüş zamanı 1990-cı ildə gizlin Ukraynaya gəldiyini deyib.

"O, xüsusilə 1990-cı ildə Kiyevə necə gizli gəldiyini və adi mənzillərdən birinin döşəməsində gecələməyindən danışdı", - deyə Poroşenko qeyd edib.