Cocuq Mərcanlıda 3 ədəd PHS aşkar edilib


Sosial 24 Noy 2017 03:59:41 249 0

Cocuq Mərcanlıda 3 ədəd PHS aşkar edilib

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir

ANAMA 23 noyabr tarixində Cəbrayıl rayonunun

Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

“Report” xəbər verir ki, məlumata görə, rayonun Cocuq Mərcanlı kəndində gün ərzində 24 min kv.m (2.40 ha) ərazi tam təmizlənib, 7 900 kv.m (0.79 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 31 900 kv.m (3.19 ha)), 3 ədəd partlamamış hərbi sursat (2 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və 1 ədəd TM-62 minasının gücləndiricisi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

7 gün ərzində 8 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 128 800 kv.m (12.88 ha) ərazi tam təmizlənib, 40 300 kv.m (4.03 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.