Bakı kafelərinin birində kütləvi dava zamanı bir nəfər bıçaqlanıb


Sosial 24 Noy 2017 03:56:04 270 0

Bakı kafelərinin birində kütləvi dava zamanı bir nəfər bıçaqlanıb

Daha bir nəfər isə döyülərək xəsarət alıb

Bakının Nəsimi rayonunda düşən kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, Səməd Vurğun küçəsində yerləşən kafelərin birində mübahisə zamanı 1976-ci il təvəllüdlü Alıyev Fərid Teymur oğlu bıçaqlanıb.

Yaralını 1972-ci il təvəllüdlü tanışı Fətəliyev İlqar Qərib oğlu xəstəxanaya yerləşdirib. Lakin o da hadisə yerinə qayıdan zaman döyülüb. Bu zaman ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.