"Dünya düzdür" deyənlərdən şok iddia


Digərləri 24 Noy 2017 03:30:00 316 0

"Dünya düzdür" deyənlərdən şok iddia

ABŞ-da toplanan və dünyanın düz olduğunu iddia edən fərziyyəçilər I Beynəlxalq Konfrans keçiriblər.

Son.az xəbər verir ki, konfrans Karolina əyalətində gerçəkləşib.

400-ə qədər işritakçının qatıldığı konfransda dünyanın yuvarlaq deyil, düz olması barədə fikirlər müzakirə edilib. İştirakçılar dünyanın mərkəzində şimal qütbünün olduğunu və Antraktidanın 45 metrlik bir buz divarı ilə əhatələndiyini iddia ediblər.

Toplantı "Flat Earth" adlı Yutub kanalının ev sahibliyi ilə keçirilib. İştirakçılar aparılan sınaqların beynəlxalq elm cameəsinin Yerin kürə formasında olması nəzəriyyəsini çürütdüyünü bildiriblər. Onlar 2018-ci ildə saxta elmi bilgiləri yox edəcəklərini və gerçəkləri ortaya qoyacaqlarını söyləyiblər.