Lənkəranda 1 ədəd tank əleyhinə mina aşkar olunub (FOTO)


Digərləri 24 Noy 2017 03:21:00 318 0

Lənkəranda 1 ədəd tank əleyhinə mina aşkar olunub (FOTO)

Noyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Lənkəran şəhərində dəniz sahilində 1 ədəd tank əleyhinə minanın olması barədə məlumatlar daxil olub.

Bakı. Noyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Lənkəran şəhərində dəniz sahilində 1 ədəd tank əleyhinə minanın olması barədə məlumatlar daxil olub. ANAMA-dan Trend-ə verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 10 saylı yanalma məntəqəsinin yaxınlığında dəniz sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62P3) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş minanın ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin