Lənkəranın dəniz sahilində 1 ədəd tank əleyhinə mina tapılıb


Sosial 24 Noy 2017 02:48:53 560 0

Lənkəranın dəniz sahilində 1 ədəd tank əleyhinə mina tapılıb

Mina zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb

Noyabrın 23-də Lənkəran şəhərinin dəniz sahilində 1 ədəd tank əleyhinə mina aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng Mərkəzi Sistemindən ANAMA-ya məlumat daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 10 saylı yanalma məntəqəsinin yaxınlığında dəniz sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62P3) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minanın ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.