Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin


Digərləri 24 Noy 2017 02:30:00 509 0

Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin

Hər qadın təbii görünüşlü dolğun dodaqlara sahib olmaq istəyir. Bunun üçün cərrahi üsullar vacib deyil. Dodaqlarınızı təbii yollarla da dolğunlaşdıra bilərsiniz.

Son.az axşam.az-a istinadən bunun bir sıra yollarını təqdim edir:

- Dodaqlarınızda dolğun bir görünüş əldə etmək üçün onları quru bir diş fırçası ilə yüngülcə sürtərək fırçalayın. Bununla dodağınızda olan ölü dəri hüceyrələrini yox etmiş olarsınız. Eyni zamanda bu üsul qan axışını tənzimlədiyi üçün dolğun və hamar dodaqlara sahib olmanızı təmin edər.

- Dodaq qələmi dodaqlarınızı ön plana çıxartmaq və dolğunlaşdırmaq üçün ən təsirli makiyaj üsullarından biridir. Dodaq rənginizə uyğun bir rəng ilə dodaq ətrafınıza asanlıqla tətbiq edə bilər, ardından parladıcınızı istifadə edə bilərsiniz.